Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci və 176.4-cü maddələrinin şərh edilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 30-na təyin edilmiş iclasında baxılacaq.