Rühəngiz Allahverdiyeva fotoşoplu şəkillərindən danışdı -

Əməkdar artist Ruhəngiz Allahverdiyeva sosial şəbəkədə müzakirələrə səbəb olan şəkillərindən danışıb.

Metbuat.az xəbər verir ki, müğənni Qaynarinfo-ya açıqlamasında bildirib ki, həmin şəkillər bir tamaşaçı tərəfindən fotoşopla düzəldilib:

"O şəkilləri mən düzətməmişəm. Tamaşaçım, heyranım olan bir xanım həmin şəkilləri düzəldib mənə göndərib. Deyib ki, "Ruhəngiz xanım ürəyim istədi, şəkillərinizi düzəltdim. Sizi çox sevirəm”. Mən də həmin şəkilləri paylaşdım. Burda nə var axı? Bir də ki, kim harda nə yazır, mənim heç vecimə də deyil. El-aləm canlı yayımda olanda fotoşop proqramından istifadə edir. Amma mən həyatda olduğum kimiyəm, bütün xalq məni gözəl tanıyır. Mövzuları yoxdur, neynəsinlər? Öz həyatlarından danışsınlar, Ruhəngizdən danışmaqla nə edəcəklər? Nə qazanacaqlar? Tədbirlərə dəvət alıram. Özü də başqaları kimi həmin tədbirlərdə fonoqramla çıxış etmirəm, ifalarım da canlıdır, yaxşı olar ki, onlar mənim sənətimdən yazsınlar”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR