"Universitetə daxil olmaq fitri istedad deyil, bu, qəbul prosesindən də asılıdır".
Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib:
"Öz təcrübəmdən bilirəm. İki dəfə xaricdə təhsil almışam. Bir çox hallarda mən xaricdəki universistetə müraciət edib rədd cavabı da almışam. Bu, normal prossesdir. Lakin hər dəfə neqativ cavab almaq həmin tərəfin sizə ədalətsizlik etməsi demək deyil. Hər universitetin, ölkənin öz seçim kriteriyaları var".