Mahir Emrelinin imzası olan köynəklər satışa çıxarıldı

Varşavanın "Legiya" klubu satışa yeni idman geyimləri çıxarıb.

Metbuat.az xəbər verir ki, geyimlərin təqdimatı millimizin üzvü Mahir Emrelinin vasitəsilə həyata keçirilib. Belə ki, satışa Mahirin imzası olan xatirə köynəkləri buraxılıb.

Bu köynəklər Konfrans Liqasında İngiltərə "Lester"i ilə oyunda yeganə qolun müəllifi olan hücumçumuzun matçdan sonra geyindiyi köynəkdən gedir. Azarkeşlər 89.99 Polşa zlotu (təxminən 39 AZN) ödəməklə həmin köynəkləri əldə edə biliblər.

Nisbətən qalın, ağ və qara rəngdə olan geyimlər isə 82 AZN-ə satışa çıxarılıb.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR