Putinlə Ərdoğan yalnız bu məsələdə razılığa gələ bilməyib -

“Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Soçi görüşündə bir çox məsələdə razılığa gəlib”.

Metbuat.az xəbər verir ki, bunu Kremlin ideoloqu, politoloq Aleksandr Duqin deyib. O bilidirib ki, tərəflər Qafqaz bölgəsində, Suriyada, Liviyada, Krımda və digər bölgələrdə baş verən son vəziyyəti müzakirə ediblər. Liderlər bir-birilərinə öz mövqeləri ilə bağlı “qırmızı xətti” deyiblər. Duqin iddia edib ki, tərəflərin fikir ayrılığı yaşadığı tək məsələ Krımla bağlıdır. Politoloqun sözlərinə görə, liderlər gələcəklə bağlı siyasu kurslarını bölüşüblər.

O bəyan edib ki, görüşün nəticələri ilə bağlı detallar açıqlanmasa da, yaxın günlərdə ölkələr atacağı addımlarla bunu nümayiş etdirəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR