Təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsilverənləri təbrik edib.

Metbuat.az xəbər verir ki,bu barədə nazir özünün feysbuk səhifəsində paylaşım edib:

"Əziz müəllimimiz, Övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram! Beynəlxalq Müəllimlər Gününüz mübarək!".