"​Unibank" özünüməşğulluq layihəsində daha 3 ailəyə dəstək olub -

"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində ölkə vətəndaşlarının şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir.

Bu günlərdə daha 3 ailəyə "Unibank" tərəfindən belə dəstək göstərilib. Bakı sakini, Vətən müharibəsi iştirakçısı Namizəd Azayev, Neftçala sakini Ceyhun Kazımov və Bakı sakini Vüsal Niyazov öz şəxsi bizneslərini qurmaq üçün Bank tərəfindən lazımi avadanlıqlarla təmin olunublar.

Qeyd edək ki, "Unibank" həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

Korporativ sosial məsuliyyət “Unibank”ın fəaliyyətində əsas istiqamətlərdən biridir. Ötən il və bu il isə Bank şəhid ailələri və qazilərlə bağlı sosial layihələrə xüsusilə diqqət yetirir.

Unibank-Sənin Bankın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR