Olimpiya mükafatçımız DÇ-də mübarizəyə başlayır

Azərbaycanın 4 yunan-Roma güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Metbuat.az xəbər verir ki, medal qazanmağa əsas namizəd, Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov estoniyalı Ranet Kaljola ilə üz-üzə gələcək.

55 kq
1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna)

72 kq
1/16 final: Ülvü Qənizadə - İdris İbayev (Almaniya)

77 kq
1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan)

82 kq
1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya)

Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR