İkinci dozadan 6 ay sonra koronavirusa yoluxduqda xəstəlik ağır keçə bilər -

Koronavirusa qarşı peyvəndin ikinci dozasından sonra vaksinin yaratdığı immunitetin müddəti 6 ay davam edir. Bu müddətdən sonra insan yoluxduğu zaman xəstəliyi ağır keçirə bilər.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.

Həkim qeyd edib ki, havaların getdikcə soyuması, temperaturun düşməsi infeksion xəstəliklərin, xüsusən hava-damcı infeksiyalarının yenidən alovlanmasına səbəb olur.

O bildirib ki, əvvəllər koronavirusun mövsümü xəstəlik olduğu düşünülürdüsə, artıq infeksiyaya ilboyu rast gəlinir:

"İkinci dozadan sonra vaksinin yaratdığı immunitetin müddəti 6 ay davam edir. Bu müddətdən sonra insan yoluxduğu zaman xəstəliyi ağır keçirə bilər. Bunun üçün 6 aydan sonra təkrar vaksinasiya aparılmalıdır ki, yoluxma baş verdikdə ağırlaşmalar olmasın. Hazırda ölkəmizdə də 3-cü doza peyvəndin vurulması üçün müəyyən kateqoriyadan insanlar müraciət edir. Bir infeksionist kimi məsləhətim ondan ibarətdir ki, kimlər risk qrupuna daxildirsə, onlar qüvvətləndirici dozanı qəbul etməlidirlər. Risk qrupuna isə tibb işçiləri, yaşı 60-dan yuxarı şəxslər, hətta yaşı 60-dan aşağı olan və bir sıra yanaşı xəstəlikləri olan şəxslər daxildir".

Qeyd edək ki, bu günədək ölkədə vurulan vaksinlərin ümumi sayı 8841520, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4837342, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4004178 təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR