Türkiyədə 2 lotereya bileti alan 48 yaşlı İlyas Aydın həyatının sürprizi ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, böyük uduşun öz biletinə düşdüyündən xəbərsiz olan Aydın, uduşlu bileti zibilliyə atıb. Lakin onun 24 yaşlı oğlu lotereya biletini zibillikdən götürərək yoxlamaq qərarına gəlib. Biletin uduşlu olduğu belə üzə çıxıb.

200 min lirə qazandığını bilən Aydın, böyük sevinc yaşayıb.