Azərbaycanın Quru Qoşunlarının komandanı Türkiyəyə gedib

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb .

Metbuat.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, general Ə.Əfəndiyev İstanbulda keçirilən "Avrasiya sülhü - 2021" təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR