Türkiyə ordusu Rusiyanın pilotsuz uçuş aparatını ələ keçirdi -

Türkiyənin "Koral" REM kompleksi Suriya ərazisində Rusiyaya məxsus çox məqsədli hərbi kəşfiyyat üçün istifadə edilən Orlan-10 pilotsuz təyyarəsini zərərsizləşdirərək, yerə endirib.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın Avia.es portalında məlumat yayılıb. Bildirilir ki, hadisə Mareə şəhəri yaxınlığında baş verib. Orlan-10 pilotsuz təyyarəsi kəşfiyyat məlumatları toplamaq üçün uçuş həyata keçirərkən, türklər tərəfindən hədəfə alınıb.

Yayılan fotolarda pilotsuz uçuş aparatında güllə izlərinin olmaması diqqət çəkib. Bu isə pilotsuz aparatın elektron sistemlərlə zərərsizləşdirdiyini deməyə əsas verir. Hadisənin nə vaxt baş verdiyi barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR