Ana uşağının israrından sonra lotereya bileti alıb pozdu: Məbləği görəndə heyrətə gəldi -

Türkiyənin İzmit rayonunda uşağının israrından sonra lotereya bileti alan ana, böyük sevinc yaşayıb.

Metbuat.az xəbər verir ki, o, “poz qazan” lotereyasından 200 min lirə udub. Qadın əvvəlcə 200 lirə mükafat qazandığını güman edib. Lakin satıcının xəbərdarlığından sonra qadın böyük pul uduşunun fərqinə varıb. Bu barədə lotereya satıcısı yerli mətbuata açıqlama verib. Qadının kimliyi barədə məlumat yoxdur. Lakin xəbərin yayılmasından sonra həmin satıcının satışları artıb.

Sakinlər əli düşərli olan satıcıdan lotereyalar alırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR