Rusiya NATO ilə əlaqələri dayandırır

Rusiya NATO-dakı missiyasını dayandırır.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib. O bildirib ki, noyabrın 1-dən etibarən Moskva NATO təmsilçiliyindəki fəaliyyətini dayandıracaq. Lavrov bəyan edib ki, ehtiyac olarsa tərəflər arasındakı əlaqə Rusiyanın Brüsseldəki səfiri vasitəsilə baş tutacaq.

Qeyd edək ki, NATO Rusiyanın hərbi alyansdakı 8 nümayəndəsinin qeydiyyatını ləğv edib. Rusiyanın addımının buna cavab olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR