Şimali Koreya ballistik raketlər atdı: Yaponiya ordusuna təcili əmr verildi

Şimali Koreya iki ballistik raket sınaqdan keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Kişida Fumio açıqlama verib. O bildirib ki, hadisə zamanı fəsadlar qeydə alınmayıb. Baş nazir bəyan edib ki, Yaponiya ordusuna təhlükəsizliyin təmin edilməsi və fövqəladə vəziyyətlərə hazır olmaq barədə təlimat verilib. Məlumata görə, raketlərin düşdüyü güman edilən bölgələrdə Yaponiyaya məxsus gəmilərdə həyəcan verilib.

Qeyd edək ki, son həftələrdə Şimali Koreya raket testlərini intensivləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR