​Ağdaşda 3 uşaq atası niyə intihar edib? -

Ağdaş rayonunda 3 uşaq atası intihar edib. Hadisə rayonun Nehrəxəlil kəndində qeydə alınıb.

Metbuat.az xəbər verir ki, hadisə ilə bağlı Space Tv-də Amil Xəlilin "Cinayətin izi ilə" verilişinə danışan mərhumun həyat yoldaşı Gülnar Bəbişova, ərinin ölümündə qonşusu Əbülfət Cabbarov və onun ailəsini günahlandırır. Onun sözlərinə görə bir neçə manata görə qonşusu mərhumu kənddə biabır edib. Bu səbəbdən də o intihar edib. Hadisəni araşdıran müəllif adı çəkilən şəxslə görüşə bilib. Əbülfət bəy iddiaları rəd edib. O qeyd edib ki, Səbuhi qardaşına olan borca görə intihar edib. "Mənim heç bir günahım yoxdur. Məni bəlaya salıblar. Onun qardaşına borcu var idi. Qardaşı da hər gün borcunu istəyirdi" deyə qonşu bildirib.

Amil Xəlil gedişatda Səbuhinin son məktubunu tamaşaçılara təqdim edib. O cümlədən kənd sakinlərinin fikrilərini də izləyicilərə şifahi olaraq çatdırıb. Onlar Səbuhinin bir aya yaxın müddətdə kefsiz-halsız olmasını bildiriblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR