Cüdo ustalarımız Lissabonda 8 medal qazanıblar -

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında dünya çempionatı keçirilib. Azərbaycan 43 ölkədən 350-dən idmançının mübarizə apardığı çempionatda 15 idmançı ilə təmsil olunub. Cüdo ustalarımız vətənə 1 qızıl, 2 gümüş və 5 bürünc medalla dönüblər.

Azərbaycan Cüdo Veteranları Assosiasiyasından Metbuat.az-a verilən verilən məlumatda bildirilir ki, yığma komandaya qızıl medalı M-4 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində tatami üzərinə çıxan Babək Hacıyev qazandırıb.

Yalnız finalda məğlub olaraq, gümüş medala layiq görülənlər -Məmməd Məmmədov M-2 kateqoriyası üzrə 73 kq,Mübariz Cəfərov isə M-5 kateqoriyası üzrə 81 kq çəki dərəcələrində yarışıblar.

Cüdo ustalarımızdan Tural Səfquliyev (M-1, 100 kq), Vüqar Babayev (M-2, 66 kq), İntiqam Ələkbərov (M-2, 100 kq), Müşfiq Cəfərov (M-5, 73 kq) və Azər Əsgərov (M-5, +100 kq) çempionatına bürünc medallarına sahib olublar. Onu da qeyd edək ki, Azər Əsgərov Azərbaycan Cüdo Veteranları Assosiasiyasının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının İdarə Heyətinin üzvüdür, ustalar arasında dünya Avropa çempionatlarında dəfələrlə mükafatalayiq yerlər tutub.

Xatırladaq ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ötən il veteran cüdoçular arasında beynəlxalq yarışlar keçirilməyib. Əvvəllərki illərdə olduğu kimi, dünya çempionatında iştirakı Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən təmin edilən ustalarımız bu il də yarışlara “Judo Club 2012” idman klubunda hazırlaşıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR