"Filmə baxanlar gözəl hisslər yaşayacaq, bu hisslər bizə lazımdır" (VİDEO)

"Filmə baxanlar gözəl hisslər yaşayacaq, bu hisslər bizə lazımdır" (VİDEO)
01:36 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan müstəqil dövlətdir və onun dövlətliyinin dibi suda deyil. Bəlkə qandadır. Azərbaycanı azad və müstəqil görmək istəyən nə qədər azərbaycanlımız həlak olub. Bir əlimizlə qəbir, bir əlmizlə səngər qazmışıq... Bu gün yanvarın 18-dir. İki gün sonra Sovet Qoşunları Bakıda asayişi bərpa etmək üçün Paytaxta yeridiləcək. Həmişə ağlaya-ağlaya qeyd etiymiiz, qaradan artıq rəng tapmadığımıza görə adına Qara Yanvar dediyimiz o tarixin bir neçə addımlığında Vahid Mustafayevlə söhbət edəcəyik. Vahid Mustafayev “Qanlı Yanvar” filmini başa çatdırıb. Sabah Nizami adına kino mərkəzində filmin ilk nümayişi olacaq. Yanvarın 20-də isə film ölkənin bütün kinoteatrlarında nümayiş etdiriləcək. Vahid Mustafayevlə filmin montaj işləri tam başa çatandan bir neçə dəqiqə sonra görüşdük.

- Vahid müəllim 20 yanvarla bağlı Azərbaycan ədəbiyyatında kifayət qədər əsər var. Və 20 yanvar hadisələri ilə bağlı yazılmış əsərlərin əksəriyyəti mərsiyə janrındadı. İndi Vahid Müstafayevin “Qanlı Yanvar” filimindən sonra - məsələn, sənin öz münasibətin necədir? Hansı boşluğu doldurur bu film və bu film indiyədək olmuş pisxogiyanı hansı istiqamətə dəyişir?

- Ümumiyyətlə bizim millətimiz görüb götürən millətdi. Bu nöqteyi nəzərdən də məhz buna görə mən bu kinomatoqrafiya janrına daha çox müraciət edərəm ki, insanlar görsünlər və götürsünlər. Hesab edirəm ki, bu 20 yanvar Azərbaycanın tarixində çox böyük və şərəfli bir hadisədir, müstəqillik mücadiləsidir. Xalqın bir növ özünü dərk etməsi və nizamlı şəkildə azadlıq uğrunda bir növ vuruşmasıdır və nəticə olaraq bir qələbəsidir. Bizim müasir tariximizdə - belə deyək qələbə və zəfərlərin sayı məğlubiyyətlərlə müqayisədə demək olar ki, eynilik təşkil edir. Mənə elə gəlir ki, ona görə də qələbəyə görə sevinmək lazımdır. Və əslində qələbə olan hadisəni məğlubiyyət düşərgəsinə keçirtmək lazım deyil. Belə də çox deyil bizim qələbələrimiz. Məhz 20 yanvar hadisəsi bizə doğurdan da milli dirçəliş nöqteyi nəzərinən, xalqa özünü dərk etmək nöqteyi nəzərinən çox böyük bir hadisədir və çox böyük bir qələbədir. SSRİ-ni dağıdan qüvvələrdən biri məhz Azərbaycan olmuşdu və üstündən 20-25 il keçəndən sonra nəhəng sivlizasiyaların nümayəndələri bu yola demək olar ki, qədəm basırlar. Biz isə buna görün bir əsirin dörddə bir hissəsi bundan qabaq müraciət etmişik və şanlı qələbə çalmışıq. Düşünürəm ki, bu “Qanlı Yanvar” filmi bunu əyani bir şəkildə xalqa nümayiş etdirəcək.

- Vahid müəllim biz səninlə filimdən qabaq da söhbət edəndə, filimin çəkilişindən də bu barədə söhbət düşəndə sən həmişə belə bir söz demisən ki, bu 20 yanvardan və Bakıdan, Bakıda baş verən hadisələrdən bəhs eləsə də, yalnız 20 yanvardan Bakıdan baş verən hadisələrdən bəhs eləmir bu daha çox bəşəridi.

- Dediyim kimi ümumiyyətlə bu müstəqillik mücadiləsi tək Azərbaycana xas olan bir hərəkat deyil. Bütün dünyada müstəmləkələr, despotizmə və imperiyaya qarşı mücadilələr olubdur və onların hamısını birləşdirən eyni bir xətt var. Və mən çalışmışam ki, o xətti göstərim. Bu xətt silah üzərində qurulub. Silah kimin əlindədi, kim ondan daha məharətlə istifadə edirsə, o da öz növbəsində qələbə çala bilir. İmperiyanın əlində silahdı imperiya qələbə çalır, mücahidlərin əlində silahdı mücahidlər qələbə çalır. Ümumiyyətlə bir çox suallardan biri də filimdə ondan ibarətdir ki, ümumiyyətlə əlində silah olan insan haqlı ola bilərmi? və yaxud da nahaq ola bilərmi? Ümumiyyətlə silah xoşbəxtlik gətirə bilərmi? Bu suallar artıq məhəlli suallar deyil, Azərbaycana aid olan suallar deyil, bu bəşəri suallardı. Bu günləri siz görürsüz ki, Suriyada, İraqda baş verən hadisələr və digər ölkələrdə - Avropada Amerikada silahla uşaq məktəbə girir və dostlarını, tanışlarını güllələyir. Bu silaha olan münasibətin çox ağır fəsdaları var bu günlərdə. Mən filmdə bu mövzuya da toxunuram ki, ümumiyyətlə silah bizə nə gətirir? Müstəqillik gətirisə, o müstəqilliyi qiyməti nə qədərdir? Nə qədər biz ödəməyə hazırıq ki, müstəqil olaq? Və yaxud nə qədər biz ödəməyə hazır deyilik ki, müstəqil olaq. İki qardaş - biri kommunist, biri demokrat bir-birini öldürməyə hazırdırlar. Hər ikisinin də əlində silah. Eyni zamanda onların arasında yeganə bir çəpər onların anasıdır. Anasıdı, vətəndi, doğma torpaqdı və bu da mənim üçün maraqlı bir suall olub həmişə ki, bu iki uşağı böyüdən ana hansı hisslər keçirtməlidir. Niyə axı bir oğlun bir cür böyüdü, o birisi oğlunu isə başqa cür. Ümumiyyətlə ananın uşaqların tərbiyəsində hansısa bir rolu varmı? Yoxsa bunu tam şəkildə cəmiyət edir. Çox suallar var. Və mən sözsüz ki, belə danışa bilmirəm. Mən filmdə çox şeyi demişəm və ümidvaram ki, ayın 20-dən Bakıda bütün kinoteatırlarda bu film nümayiş ediləcək. Və bizim tamaşaçılar baxacaqlar. Birincisi çox gözəl vaxt keçirəcəklər. Ümidvaram ki, xalqımla azərbaycanlılarla fəxir edəcəklər. Hər bir bizim vətəndaşımız kinoteatırdan çıxanda çox maraqlı bir hisslərlə çıxacaq. Və o hisslər düşünürəm ki, bizə çox lazımdır.

- Vahid müəllim sənin o filimdə qoyduğun başqa bir sual – orda şəhidlər və qurbanlar? Bu anlayışlar arasında sən kəskin sədd qoyursan.

- Bilirsizmi filmdəki qəhramanlardan birinin adı Zitadır. Jurnalist olan Zita öz müraciətində deyir ki, evdə oturub və bu müstəqillik mücadiləsini izləmək istəyən elə bilməsinlər ki, onlara imperiyanın gülləsi çatmayacaq. Çatacaq. Sadəcə olaraq onlar hələk olan şəhid yox qurban olacaqlar. Burda qırmızı xəttlə şəhidlik və qurbanlıq məfhumları arasında bir xətt çəkilir ki, onun da bu günə qədər bizim bir çox hallarda səhv etməyə bir imkan yaradır. Qurban o insandır ki, bir növ hansısa bir hərbi və yaxud silahın istifadəsilə olan bir hadisə nəticəsində öz həyatını itirib. Lakin öz həyatını bilərəkdən itirməyib. Buna şüurlu bir şəkildə getməyib. Şəhid isə o insandır ki, şüurlu şəkildə öz vətəni uğrunda, öz anası uğrunda, öz ideyası uğrunda həyatını bağışlamağa hazırdır. Bu günləri iki məhfum arasında fərqi biz anlasaq çox yaxşı olar. Qurban - onların qarşısında biz baş əyirik - və şəhid bu tamamilə fərqli bir şeydir. Biri şüurlu bir şəkildə öz həyatını verir o birisi təsadüfən bu hadisənin qurbanı olur.

- Vahid müəllim növbəti filiminə - harda ki rənglər oynayır, harda ki işıq effekti oynayır, harda ki simvollar oynayır, yəqin ki, orda elə ifadələr, elə mənalar var ki, onu ancaq sən bilirsən və yəqin ki, filimə baxandan sonra tutuşdurarıq görək mənim tapdığım məna ilə sənin tutduğun məna üstüstə düşür ya yox?

- Hər halda filmə baxanlar onu qanlı və şanlı görəcəklər.

İnşallah! Sağ olun.

Milləti İlk Şəhadət günü münasibətilə mübarəkbadlıq edirəm. Azərbaycanın bayrağını asan insanların hər birini təbrik edirəm. Bayraq dünyada yeganə canlıdır ki, asılmış vəziyyətdə gözəl görünür. Və dövlət yaşasın deyə həmişə bayraqlar özünü asmalıdırlar, bunu özündə böyük qürur var!!!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR