Övladlarının bu görüntüləri Miri Yusifi AĞLATDI -

Xalq artisti Miri Yusifin övladları doğum gününü özəl video hazırlayaraq təbrik ediblər. Həmin videoda Miri ifaçının hər üç övladı ataları haqqında xoş sözlər söyləyiblər.

Metbuat.az xəbər verir ki, “Səhər mərkəzi” verilişində görüntüləri izləyən Miri Yusif isə göz yaşlarına hakim ola bilməyib.

“Əziz ata, səni ürəkdən təbrik edirəm. Çox sağlam yaşa. Sən mənim ən yaxın dostum və ən böyük dayağımsan. Səni sevirəm” - deyə, sənətçinin böyük oğlu deyib.

Müğənninin kiçik qızı atasını elə onun "Ad günü" mahnısındakı sözlərlə təbrik edib:

“Bu gün sənin ad günündür, bu gün sənin şad günündür, mənim atam. Bu gün bizim də şad günümüzdür. Ad günün mübarək, mənim ən böyük qəhrəmanım. Səni dünyalar qədər sevirəm”.

Miri Yusifin kiçik oğlu isə onu çox sevdiyini dilə gətirib: “Mən səni çox sevirəm. Yaxşı ki, doğulmusan”.

Xatırladaq ki, Miri Yusif bir müddət öncə ailəsi ilə birlikdə İzmirə köçüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR