Vüsal Hacıyevdən ÜZÜCÜ XƏBƏR:

Müğənni Vüsal Hacıyev qatıldığı "Tam vaxtıdır" proqramında səhhətində yaranan problemlərdən danışıb.

Metbuat.az xəbər verir ki, ifaçı keçirdiyi ağır əməliyyat zamanı hepatit virusuna yoluxduğunu qeyd edib:

"Əməliyyat olundum, xəstəxanada qanıma hepatit saldılar. Gec bildim. Mədəm məni narahat edirdi, yanlış əməliyyat etmişdilər. Yenidən 5 saatlıq əməliyyat olundum, çətin günlər keçirdim. Tehrana getmişdim, pul qazanmırdım, bir il qaldım. Rəngim sapsarı oldu. Bütün bunlar insanı sındırır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR