Bayden ABŞ prezidenti seçildikdən sonra ilk dəfə Vatikana səfər edib. Bu görüş əsnasında ABŞ prezidenti Co Bayden Vatikana səfəri zamanı özünü Papalar Palatasının prefekturasının əməkdaşlarından birinə “Cillin əri” kimi təqdim edib.

Metbuat.az xəbər verir ki, “Mən Cillin əriyəm” deyən ABŞ prezidentinin bu təqdimatı maraqla qarşılanıb. Bu, Baydenin Amerika dövlətinin başçısı seçildikdən sonra Vatikana ilk səfəridir, ABŞ prezidenti isə dördüncü dəfə Papa Fransisklə görüşür.

Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, ABŞ prezidenti pontifiklə gözlənilən görüşü zamanı “insan ləyaqətinə fundamental hörmətə əsaslanan birgə işi müzakirə etmək niyyətindədir”. Apostol Sarayının kitabxanasında keçiriləcək söhbət zamanı həmçinin COVID-19 pandemiyası, iqlim dəyişikliyi, o cümlədən miqrasiya problemi, yoxsulluqla mübarizə və Çin ilə münasibətlərlə bağlı problemlər müzakirə olunacaq.