Mahir Emreli "Legiya"da ayın ən zəif futbolçusu seçildi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda oktyabrın ən zəif oyunçusu seçilib.

Metbuat.az xəbər verir ki, 24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, komanda yoldaşı Lirim Kastrati ilə birlikdə - 5 xala layiq görülüb.

Azərbaycanlı forvardın bu ay fərqlənə bilməməsi böyük məyusluq yaradıb. Varşava təmsilçisinin gənc qapıçısı Çezari Mişta 3 xalla ayın oyunçusu olub.

Qeyd edək ki, "Legiya" oktyabrda keçirdiyi 6 oyunun 5-də uduzub. Son ölkə çempionu yalnız kubokun 1/16 finalında "Svit Skolvin"i minimal hesabla yenib - 1:0 .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR