Dünyada sosial şəbəkələ istifadəçilərinin sayı açıqlanıb

Dünyada 5 milyard 29 milyon insan mobil telefon işlədir. Bu şəxslərin 4 milyard 55 milyon nəfəri isə sosial şəbəkə istifadəçiləridir.

Metbuat.az xəbər verir ki, bu barədə “2021’de Digital Vəziyyəti” adlı hesabatda qeyd edilib. Belə ki, sosial şəbəkə istifadəçilərinin sayı son 1 ildə 400 milyon nəfər artıb. Buna səbəb kimi pandemiya səbəbindən tətbiq olunan sərt karantin qaydaları göstərilib.

Hesabata görə, qlobal miqyasda hər gün sosial mediaya 1 milyondan çox yeni istifadəçi gəlir. Həmçinin artan dünya əhalisinin 2023-cü ilin ortalarına qədər 8 milyardı keçəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR