Koalisiya qüvvələri İraqdan çəkilir

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqı tərk edir.

Metbuat.az xəbər verir ki, bu barədə İraqın rəsmi dairələri məlumat yayıb. Bildirilir ki, indiyə qədər 2100 hərbi texnika İraqdan çıxıb. Bütün qüvvələrin İraqdan çıxması üçün müzakirələr davam edir. Hərbi Qüvvələr yaxın aylarda İraqdan çıxmağı planlaşdırır.

Qeyd edək ki, 2014-cü ildə İŞİD-ə qarşı mübarizə aparmaq məqsədilə 60 ölkə İraqda hərbçi göndərmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR