Həyat yoldaşından müğənni Sevdaya QADAĞA:

"Yoldaşım mənə yetərincə vaxt ayırır. İşi çətindir, evə gələndə 1 saat dincəlir. Bizim qaydamız budur: ya yemək yeyəcək, ya qəhvə içəcək. Hər günümüzü maraqlı edirik: ya dostlarla restorana, ya teatra gedir, ya da evdə oturub kitab oxuyuruq".

Metbuat.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Zaurla Günaydın" verilişində deyib. Proqrama həyat yoldaşı Zakir Bayramovla qatılan sənətçi toydan sonrakı həyatından danışıb.

Z.Bayramov isə Sevda ilə evləndikdən sonra həyatının çətinləşdiyini etiraf edib:

"Mağazaya gedəndə deyirlər, yoldaşınızdan tanıdıq. İctimai həyatda sərbəst yaşayan adam olmuşam. Bu cür olmaq çətindir. Təbii ki, sərbəst olmursan. Hər şeyə diqqət yetirməlisən. Sevdaya deyirəm ki, ailə üzvlərini göstərməyək. Onların adi həyat rejimi var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR