Müğənni Roza Zərgərli ilə Əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaşanıb.

Metbuat.az xəbər verir ki, bu haqda ifaçı Roza Zərgərli "Tam vaxtıdır" verilişində danışıb. O, Elza ilə küsülü olduqlarını bildirib:

"Elza Seyidcahanla qalmaqalımız var, danışmırıq. Verilişdə ona jest etdim, dedim aramızda olan şeylər getsin.

Daha sonra bir məclisdə onunla görüşdük. Gəldi, masamızda əyləşib. Səhv onda olsa da, kinim getmişdi. Dedim, xoş gördük. Baxdı, başını yellədi. Qaranlıq idi, dedim ki, yəqin tanımadı. Bir də "salam" verdim. Dönüb yanında oturan Vusal Hacıyevə dedi ki, bu kimdir, onu tanımıram?

Allaha and olsun, qızım, başına dərd açırsan. Keçən dəfə dediklərim azlıq edib sənə".