Türkiyədə güclü zəlzələ zamanı iki bina dağıldı - Yaralı var:

Türkiyənin Konya vilayətində ötən gecə baş verən rixter cədvəli üzrə 5,1 bal gücündəki zəlzələ zamanı iki bina dağılıb.

Metbuat.az xəbər verir ki, zəlzələ zamanı 1 nəfər xəsarət alıb. Məlumata görə, dağılan binalar boş olub.

Qeyd edək ki, yeraltı təkanların episentri Meram rayonunda yerləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR