Bakı, 29 may, İbrahim Əsədov, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsində postsovet məkanı ölkələrinin iqtisadi və sosial coğrafiyası fənni üzrə tədris aparılacaq.
Bu barədə BDU-nun iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, əməkdar müəllim Tapdıq Həsənov AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib. Alim qeyd edib ki, hazırda bu fənn üzrə dərslik hazırlanır. Bu dərsliyin hazırlanmasının sentyabradək başa çatdırılması nəzərdə tutulur.