BDU-nun professoru vəfat edib -

Bakı Dövlət Universitetinin professoru vəfat edib.

Metbuat.az xəbər verir ki, Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Qasım oğlu Xəlilov vəfat edib.

72 yaşında dünyasını dəyişən Nizami Xəlilov 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 2003-cü ildən BDU-nun Filologiya fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini, 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru olub.

Müxtəlif illərdə bir çox Beynəlxalq elmi konfranslarda iştirak edib.

Allah rəhmət eləsin!

Bir 1 nəfər, oturmalı və içəridə şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)