BDU-nun dosenti vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti Aşur Müseyib oğlu Əliyev vəfat edib.

Universitetdən Metbuat.az-a verilən məlumata görə, 1965-1969-cu illərdə BDU-nun Kitаbхаnаçılıq fаkültəsində təhsil alıb. 75 yaşında dünyasını dəyişən Aşur Əliyev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1991-ci ildə “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixi və müasir vəziyyəti (1920-1985-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Uzun müddət fakültədə dekan müavini vəzifəsində çalışıb. 1992-ci ildən Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti idi.

Müxtəlif illərdə bir çox Beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)