"Keşlə"nin baş məşqçisi: "Məğlub olduğumuz üçün məyusam"

Xəbər verdiyimiz kimi, "Keşlə" Azərbaycan Premyer Liqasının XI tur oyununda "Qarabağ"a 0:1 hesabı ilə uduzub.

Metbuat.az xəbər verir ki, "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov oyundan sonra mətbuat konfransında bu dəfə "Qarabağ"a qarşı oynamağın çətin olduğunu deyib:

"Bu komandaya qarşı səfərdə oynamaq çətindir. Rəqib topa daha çox sahib olurdu. Onların qol imkanları yetəri qədər çox idi. Futbolçular əllərindən gələni etdilər. Bu qarşılaşmanı unudub növbəti matçı düşünməliyik".

41 yaşlı mütəxəssis qol imkanları yarada bilməmələrindən məyus olduqlarını bildirib: "Komandamdan razı deyiləm. Oyun ərzində tamamilə müdafiə olunmaq fikrimiz yox idi. "Qarabağ" hər zonada pressinq edirdi".

Qurbanov komandanın gələcək planları barədə rəhbərliklə danışmadıqlarını sözlərinə əlavə edib: "Hansı planlar üzərində işləyəcəyimizi danışmamışıq. Mövsümün sonunu gözləyirik. Sadəcə, "Keşlə"nin adı dəyişib "Şamaxı" olacaq və bu klub Şamaxını təmsil edəcək".

Baş məşqçi turnir cədvəlində sonuncu yeri tutmaq istəmədiklərini də vurğulayıb: "Heç kim uduzmaq istəmir. Bu gün məğlub olmuşuq və məyusam. Yarışı sonuncu bitirsən və I Diviziona getməsən belə, bu, heç kimə xoş deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR