Əməkdar artist Nigar Şabanova (Qaragözova) sosial şəbəkədə ona təhqir yazan izləyicini polisə şikayət edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə xanəndə sosial şəbəkə hesabında məlumat verib:

"Xəbər səhifələrinin bir neçəsində mənim ünvanıma lazımsız və təhqiramiz sözlər yazdığı üçün həmin adamı polisə verdim. Şərhi yazan izləyicini tapıb qanun çərçivəsində cəzalandırdılar. Hər kəsə təşəkkür edirəm".