"Legiya"da qalmaqallı gecə: Baş məşqçi Emreliyə qəzəbləndi,

Polşanın "Legiya" klubu İngiltərə “Lester Siti”sinə 1:3 hesabı ilə uduzub.

Metbuat.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli həmin qarşılaşmada penaltidən yararlana bilməyib. Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib.

"Legiya" klubunun baş məşqçisi Marek Qolebiyevski ilk qoldan əvvəl mərkəzdə topu itirən Mahir Emrelinin reaksiyasından sonra qəzəblənib. Buna 24 yaşlı hücumçunun sonadək mübarizə aparmaması səbəb olub.

Qolebiyevski həmin epizoddakı reaksiyana belə aydınlıq gətirib: "Meydanda baş verənlərə hər zaman dərhal reaksiya verirəm. Ona görə də reaksiyam belə oldu. Oyunçu səhv edirsə və görürəm ki, bu, mənə qol bahasına başa gəlirsə, reaksiyam belə olur".

Bundan başqa, "Legiya" azarkeşləri polisə hücum ediblər. Qarşılaşmanın ikinci hissəsində Varşava təmsilçisinin fanatları pirotexniki vasitələrdən istifadə edib və "Lester" tərəfdarlarının yerləşdiyi sektora keçməyə çalışıblar.


UEFA Avrupa Ligi’nde Leicester City-Legia Varşova maçında tribünlerde olay çıktı! Polise işaret fişeği atıldı...

UEFA Avrupa Ligi'nde Leicester City-Legia Varşova maçında tribünlerde olay çıktı! Polise işaret fişeği atıldı...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR