Azərbaycan Premyer Liqası:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

Metbuat.az xəbər verir ki, 11 xalla 5-ci pillədə yer alan "Sabah" və 10 xalla 7-ci sırada qərarlaşan "Keşlə" komandaları üz-üzə gələcəklər. Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq matçı Rəşad Əhmədov idarə edəcək.

Günün ikinci oyununda "Neftçi" və "Səbail" münasibətlərinə aydınlıq gətirəcək. "Bakcell Arena"dakı görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq. Ardıcıl 3 turdur məğlub olan flaqman hazırda 17 xalla turnir cədvəlinin 4-cü pilləsində gedir. 9 xalı olan "dənizçilər" isə sonuncu - 8-cidir.

Azərbaycan Premyer Liqası

XII tur

27 noyabr (şənbə)

15:00. “Sabah” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bank Respublika Arena".

18:15. “Neftçi” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.

Qeyd edək ki, turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR