Azərbaycanlı şair beynəlxalq mükafata layiq görüldü -

Azərbaycanlı şair Ümid Nəccari beynəlxalq mükafata layiq görülüb.

Bu barədə Metbuat.az-a şairin özü məlumat verib. O qeyd edib ki, Belçikanın 2021-ci ilin nüfuzlu Beynəlxalq IWA “Bogdani” mükafatına layiq görülüb. Beynəlxalq “Bogdani” mükafatı hər il noyabrın 27-də Brüssel və Priştinada keçirilir.

Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir. İndiyə qədər ABŞ, İtaliya, İspaniya, Rusiya, Serbiya, Monteneqro, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbuat orqanlarında şeir və yazıları tərcümə olunaraq işıqlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR