Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı 14 hərbi qulluqçumuz həlak olub, 2 nəfər yaralanıb.
- polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
- polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
- mayor Həsənov Elmir Mircəlil oğlu;
- mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
- mayor Mayılov Emil Şahid oğlu;
- mayor Məmmədov Murad Yaşar oğlu;
- mayor Əliyev Emil Elman oğlu;
- tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
- kapitan Bayramlı Cavid Əhliman oğlu;
- kapitan Əliyev Xəyyam Əlixan oğlu;
- kapitan Qaraisayev Teymur Ənvər oğlu;
- leytenant Süleymanov Abdulla Telman oğlu;
- baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
- işçi Nəbiyev Elçin Fikrət oğlu.
Metbuat.az həlak olan hərbçilərimizin fotolarını təqdim edir:












