Ronaldo Messinin "Qızıl top"a layiq olmadığını təsdiqləyib - FOTO

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldo "Qızıl top" mükafatının Fransa PSJ-sinin hücumçusu Lionel Messiyə verilməsini ədalətsiz hesab edib.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, 36 yaşlı oyunçu sosial şəbəkə izləyicisinin Messinin "France Football" nəşrinin təsis etdiyi mükafata layiq olmadığı ilə bağlı paylaşımına "Fakt" şərhini yazıb.

Qeyd edək ki, Kriştianu Ronaldo "Qızıl top"un səsverməsində 6-cı yeri tutub. O, mükafatın təqdimetmə mərasiminə qatılmayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR