Yeni evlənən məşhur cütlükdən

Ötən ay ailə həyatı quran cütlük aktrisa Asya Atakişiyeva və həmkarı Əmrah Dadaşov tüstüdən zəhərləniblər.

Metbuat.az bildirir ki, hadisə barədə Ə. Dadaşov “Bizimləsən” verilişində məlumat verib:

“Bloka çıxanda söylədilər ki, yanğındır, düşün aşağı. Asyaya dedim, hazırlaş çıxaq. Blokdan xəbərsiz idim. Yanğın 15-ci mərtəbədə başlayıb.

Evimizlə bağlı dəqiq məlumatım yoxdur, amma deyirlər, yüngül zərər dəyib. Asyanın gözlərində problem var, yaxşı görə bilmir. Məndə isə nəfəsalmada problem yarandı. Həmin an dəhşət idi, indi özümə gəlirəm. İki dəfə təcili yardım gəldi. Hazırda dostlarımızın evindəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR