Bahalı otellər, pullar, əyləncə məclisləri... - ŞOK ƏMƏLLƏR ÜZƏ ÇIXDI:

Türkiyənin Bursa və İstanbul şəhərlərində qadınları əxlaqsızlığa məcbur edən dəstə üzvləri saxlanılıb.

Metbuat.az xəbər verir ki, geniş araşdırmalar nəticəsində 12 şübhəli saxlanılıb. Bildirilir ki, dəstə üzvləri qadınları 2 saat qarşılığında 200 dollara satıb.


Onlar görüş üçün əsasən lüks otellərdən istifadə edib. Məlum olub ki, dəstə üzvləri əsasən xarici ölkə vətəndaşları olan qadınları bu işə cəlb edib.

Qadınların bəziləri fahişəlik etməyə təşviq edilib. Bəziləri isə buna məcbur edilib. Dəstə üzvləri əsasən cəlbedici qadınları seçib. Şübhəlilər qadınlarla birgə əyləncə məclisləri təşkil edib. Bildirilir ki, 3 ay davam edən araşdırmalardan sonra 200 polisin iştirakı ilə 15 ünvanda axtarışlar aparılıb. Şübhəlilərə məxsus silahlar və qanunsuz sənədlər tapılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR