Qarayazı Dövlət Təbiət Qoruğunda qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun “Sadıqlı” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Natiq Qurbanov olduğu məlum olub.

Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində isə ova cəhd edən Tovuz rayon sakinləri Samir Süleymanov və İsmayıl Abbasov saxlanılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR