Parlamentdə narkotik qalmaqalı: Otaqlardan sübutlar tapıldı

Böyük Britaniya parlamentində narkotik maddələr tapılıb.

Metbuat.az xəbər verir ki, narkotik maddə yüksək rütbəli parlament nümayəndələrinin girdiyi otaqlarda tapılıb. Məlumata görə, polis binadakı 12 yerdən nümunələr götürüb. 11 yerdə narkotik vasitənin izinə rast gəlinib. Narkotik maddənin tapıldığı məkanlardan biri də Baş nazir Boris Consonun ofisinin yanındakı tualet olub. Maraqlıdır ki, bu bölgərlərə yalnız xüsusi kartla keçmək mümkündür.

Polis məsələni nəzarətdə saxlamaq üçün xüsusi itlərlə parlament binasında patrul xidməti həyata keçirməyi nəzrdən keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR