Aparıcı Vüsalədən Talıba: Bizi yarımçıq qoydun

Müğənni Talıb Tale "7 canlı" verilişinin qonağı olub.

Metbuat.az axşam.az-a istinadla xəbər verir ki, proqramın aparıcısı Vüsalə Əlizadə sənətçinin "Maşın Şou"dakı iştirakı ilə bağlı maraqlı açıqlama verib. O bildirib ki, Talıb şou boyunca özüylə termos gəzdirib və ordan su içirmiş.

Belə ki, Vüsalə Talıba "Yenə termosu özünlə gəzidirirsən" sualını ünvanlayıb. Müğənni isə "Yox, artıq gəzdirmirəm" cavabını verib.

Vüsalə isə "Onda "Maşın Şou"da nə eliksiri idisə içdin və maşını uddun. Bizi də qoydun yarı-yarımçıq. Nə eliksir idisə, özüylə gəzdirirdi" reaksiyasını verib.

Talıb isə gülərək "Çox kömək oldu" sözlərini söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR