Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisinin İraqda şəhid olması ilə bağlı başsağlığı verib.

Metbuat.az xəbər verir ki, səfirlik bu barədə Tvitterdə paylaşım edib.

“İraqın şimalındakı Pəncə-İldırım bölgəsində 3 qəhrəman türk əsgərinin şəhid olması xəbərini dərin hüznlə qarşıladıq. Şəhidlərimizə Allah rəhmət eləsin, yaxınlarına və bütün türk xalqına başsağlığı veririk”, - başsağlığında deyilir.