Acun İlıcalı BU AZƏRBAYCANLI MƏŞHURU

"Survivor-2019" yarışmasındakı iştirakından sonra Türkiyədə məşhurlaşan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev ("Kobra") yenidən sözügedən şouya qatılacaq.

Metbuat.az milli.az-a istinadla xəbər verir ki, Pərvizin İstanbulda son hazırlıq məşq toplantıları bu iddiaları daha da gücləndirib. "Kobra" ləqəbli idmançının Acun İlıcalının layihəsi olan "Survivor"un xüsusiyyətinə uyğun məşq görüntüləri onun yenidən bu yarışa dəvət olunduğu, "All Star" komandasında yer alacağı iddialarının alovlanmasına səbəb olub.

Qeyd edək ki, 2022-ci ilin əvvəllərində "Survivor All Star"ın başlayacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR