Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

Cari ilin yanvar-noyabr aylarında əsas kapitala 11708,1 milyon manat məbləğində vəsait yönəldilib.

Metbuat.az-a Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz azdır.

Belə ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,9 faiz azalıb. İstifadə olunmuş vəsaitin 7740,4 milyon manatı və ya 66,1 faizi məhsul istehsalı sahələrinə, 3079,8 milyon manatı (26,3 faizi) xidmət sahələrinə, 887,9 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Bundan başaqa, əsas kapitala yönəldilmiş vəsaitlərin 7849,2 milyon manatını və ya 67,0 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7784,4 milyon manatı və ya 66,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,4 faiz, büdcə vəsaitləri 25,2 faiz, sair vəsaitlər 7,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, bank kreditləri isə 5,9 faiz təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR