Diqqət! Sürprizlərə hazır olun

Diqqət! Sürprizlərə hazır olun
07:21 30 May 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

ANS PRESS mayın 30-na olan günün astroloji proqnozunu təqdim edir.

Qoç - Asanca metamorfoz keçirə biləcəksiniz. Özünüzü çox yaxşı tanımanız ətrafınızdakı insanları və ya vəziyyətləri dəyişdirmə gücü təmin edir. Digərlərinə qarşı diqqətlə güc istifadə etməniz faydalarınızı artıracaq.

Buğa - Siz dərin, sıx bir iş tutumuna sahibsiniz. Özünə inamınız karyeranıza fayda gətirər və özünüzü tanımanızı inkişaf etdirər. Nüfuzlu şəxslərlə əlaqələr vəziyyətinizdə yaxşılaşdırma təmin edəcək. Səhvləri dərininə araşdırın və onları düzəldin.

Əkizlər - Bu müddət məhdudlaşdırma və ya məsuliyyət yaradacaqdır. Fərdi ehtiyaclarınızı praktik olaraq qarşılamaq lazımdır. Əgər əlaqələriniz pozulursa onlar artıq fayda gətirmir deməkdir.

Xərçəng - Enerjinizi qoruyun. Həyatın gerçəkləriylə üzləşin. Müvəffəqiyyətləri və müvəffəqiyyətsizlikləri dürüstcə qiymətləndirin. Yeni proyektlərə başlamaq üçün yaxşı bir zaman deyil. Siz möhkəm iş və tamamlanmış vəzifələr üzündən irəliləyəcəksiniz. Sağlamlığınızı qoruyun.

Şir - Həyata soyuqqanlı münasibətiniz var. Öz romantik təminlərinizi tənqidi şəkildə araşdırdığınız zaman, əskiklər tapırsınız və sevgi göstərmə qabiliyyətinizin olmadığını düşünürsünüz. Bu depressiyanızı bəsləyər. Duyğular da, həyat kimi, mükəmməl deyil. Əlaqənizlə əlaqədar qərarları sonraya buraxın.

Qız - Sizin baxış bucağınız daralır. Kədərli və utancaq düşüncələriniz var. Detallarla maraqlanmaq və monoton öhdəlikləri yerinə yetirmək üçün yaxşı bir dövrdür. Siz riskdən çox qorxduğunuz üçün fürsətləri qaçıra bilərsiniz. Sevinin!

Tərəzi - Bəzi ciddi əlaqə fərqlilikləri ilə qarşılaşa bilərsiniz. Zəif olanlar müvəffəqiyyətsizkən, güclü ittifaqlar sərt imtahanlardan üzü ağ çıxacaq. Maliyyə işlərinizi qarantiya altına alın və zaman içində test edilmiş maliyyə strategiyalarına bağlı qalın.

Əqrəb - Təzyiq etmək işinizə yaraya bilər. Hər fürsətdə kənara atılmış və məğlub olmuş kimi görünürsünüz. Verilən sərhədlər içində özünüzü müdafiə etməyi öyrənin. Öz mövqenizi sarsıtmadan hirsli insanlarla sürətli və açıq şəkildə başa çıxa bilərsiniz. Özünüzü zərərdən qoruyun.

Oxatan - Həyatın iki sahəsi bir-birini tutmur, uyğun gəlməzdir - böyümə və genişləmə, quruluş və intizam. Təşkilatlı bir şəkildə böyümək üçün intizamlı olmanız lazımdır. Tərtibat olmadan bu dövr sizin üçün narahat və gərgin keçəcək.

Oğlaq - İndi sizə daha çox intizam və təşkilatlanma lazımdır. Həqiqətən nəyin əhəmiyyətli olduğuna qərar verin və onu təmin etmək üçün çalışın. Məsuliyyətləriniz artır. Şüurlu olaraq lazımlı dəyişikliklər edirsiniz, kontrolunuz altına alsanız daha az dəyişiklik etmək məcburiyyətində qalacaqsınız. Bu dövr bir dönüş nöqtəsidir. Həyatınızı nizama qoyun.

Dolça - Sizin müstəqillik arzunuzla intizama olan ehtiyacınız indi üst-üstə düşür, uyğunlaşmır. Bəzi vəziyyətlərdə hər şeydən bezirsiniz, gözlənilməz dəyişikliklər etmək zamanıdır. Siz özünüzü partlamağa hazır bir barıt çəlləyi kimi hiss edə bilərsiniz. Bu gücün həm sizə xidmət edə biləcəyini həm də sizi məhv edə biləcəyini unutmayın.

Balıqlar - Həyatınız sizə xəcalət verici və sarsıdacaq bir hal alacaq. Pessimist olub hər şeyi ciddi qəbul etməyin. Bu təsir keçənə qədər əhəmiyyətli qərarları təxirə salın. Sizin öz güvəniniz və həyata gücünüz dibə vurur. Dərmanlara məğlub olaraq həyatınızı çətinləşdirməyin.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=347776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR