Qurban Qurbanov: "Aqolli, Muarem və Corcla bağlı qərarımı vermişəm"

Qurban Qurbanov: "Aqolli, Muarem və Corcla bağlı qərarımı vermişəm"
09:17 30 May 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

"Transferlə bağlı işlərimiz davam edir. Əfsuslar olsun ki, bəzən istədiyin transferi edə bilmirsən. Hərdən məni heyətə yeni futbolçu cəlb edə bilməməyimiz yox, bəzi oyunçularımızın oyun səviyyəsinin aşağı düşməsi narahat edir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında transfer məsələsi ilə bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis müqaviləsi başa çatan legionerlər - Leroy Corc, Ansi Aqolli və Muarem Muaremin komandada qalıb-qalmayacağı ilə bağlı sualı da cavablandırıb:
 
"Onlarla bağlı qərarımı bilirəm. Ancaq indidən bu haqda danışmağım düzgün olmaz. Çünki qarşıda kubokun final oyunu var. Həmin görüşdən sonra müqaviləsi başa çatan futbolçularla bağlı məsələ üçün bir neçə gün vaxt ayıracam. Adını çəkdiyiniz legionerlərin hər biri bizim üçün dəyərli futbolçulardır". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/347286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR