Türkiyə ordusu İraqda 6 terrorçunu məhv etdi

Türkiyə kəşfiyyatı və ordusu İraqın şimalındakı Gara bölgəsində PKK/KCK terrorçularına qarşı birgə əməliyyat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, əməliyyat zamanı 6 terrorçu məhv edilib. Açıqlamaya görə, axtarışlar davam edir. Terrorçuların yerinin müəyyən edilməsi üçün hava qüvvələri də fəal dəstək verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR