Millətlər Liqası: Bu gün Azərbaycan yığmasının rəqibləri bəlli olacaq

Bu gün UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.

Metbuat.az xəbər verir ki, İsveçrənin Montrö şəhərində keçiriləcək tədbir COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda təşkil olunacaq.

Bakı vaxtı ilə saat 21:00-da başlanacaq mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək. C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv püşkatmaya 3-cü səbətdən qatılacaq.

Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR