"Həyat yoldaşım dedi ki, əvvəlcə səni, sonra da onu öldürərəm"

"Həyat yoldaşım dedi ki, əvvəlcə səni, sonra da onu öldürərəm"
10:12 30 May 2015
213 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç Çempionlar Liqasının finalı haqqında danışarkən maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi bildirib ki, komanda yoldaşlarından bəziləri belə təklif ediblər ki, əgər finalda "Yuventus"a qalib gəlsələr, saçlarını keçəl qırxdırsınlar.
 
Ancaq deyəsən, bu hərəkət Rakitiçə baha başa gələ bilər:

"Həyat yoldaşım artıq mənə xəbərdarlıq edib. O, dedi ki, əgər belə hal baş versə, əvvəlcə məni, sonra da bunu edəni öldürər".
 
Xatırladaq ki, "Barselona" ilə "Bavariya" arasındakı final görüşü iyunun 6-da Berlində baş tutacaq.

Mİlli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/347309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR